“Abad həyət layihəsini icra edərkən həyətlərdə bəzən çəpərlərin olması layihənin icrasına ciddi maneələr yaradır”- bu fikirləri Nəsimi Rayon icra Hakimiyyətinin başçısı Asif əsgərov sakinlərlə səyyar görüşdə səsləndirib: “Sözsüz ki, bu dəmir torlarla çəkilən çəpərlərin sökülməsi bəzən sakinlər arasında birmənalı qaşrılanmır.Amma biz bunu etməliyk. Bu cür çəpərlərin olmasını Nəsimi kimi mərkəz rayona yaraşdırmaq olmaz. Bir nəfərin hansısa rahatlığı naminə məhəllə sakinlərinin rahatlığını poza bilmərik. Üstəlik bir çox hallarda bu cür çəpərlər bəzən neqativ vərdişlərə qurşanmış gənclərə də sanki bir sipər rolunu oynayır”- deyə icra başçısı fikrini davam edib.
A.əsgərovun sözlərinə görə, bu cür çəpərlərin sökülməsi prosesi Nəsimi rayonunda davam etdiriləcəkdir.
Belediyye.infoya daxil olan məlumata görə, artıq məhəllədaxili ərazilərdə çəpərlərin sökülməsini Bakı şəhər icra Hakimiyyəti də dəstək verib.
Bu gün Binəqədi rayonu ərazisində çəpərlərin sökülməsi həyata keçirilib. Həftə ərzində isə Nərimanov və Suraxanı rayonunda da bu prosesə start verildiyi deyilir.
Belediyye.info